Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

TÜİB Dövlət Miqrasiya Xidməti ilə iş adamlarının görüşünü keçirdi - FOTOLAR

“World Business Center”də TÜİB üzvləri il Dövlət Miqrasiya Xidmətinin rəisi arasında görüş keçirilib.

Yenicag.az xəbər verir ki, iş adamlarını maraqlandıran əsas problemli məsələlərin müzakirə edildiyi tədbirdə TÜİB başqanı Hüseyin Büyükfırat, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, TÜİB üzvləri və iş adamları iştirak edib.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyin nümayəndələri – müstəşar Volkan Öskiper, ticarət müşaviri Ahmet Ataker, təhsil müşaviri Mahmut Ağırman, təhlükəsizlik müşavii Mehmet Tomruk, iqtisadiyyat müşaviri Can Memduh erdem də olub.

Tədbiri açılış sözü ilə başlayan TÜİB başqanı Hüseyin Büyükfırat Azərbaycan və Türkiyə iş adamları arasındakı əlaqələrin kifayət qədər güclü və dayanıqlı olduğunu, günü-gündən daha da inkişaf etdiyini söyləyib. İş adamlarının biznes sahələrini daha da inkişaf etdirmək üçün sağlam mühit formalaşdırılmasının labüdlüyünü qeyd edən Büyükfırat, Dövlət Miqrasiya rəhbərinin görüşünün və iş adamları ilə dialoqunun bu istiqamətdə faydalı olacağını bildirib.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov çıxış edərək, qurumun hər zaman iş adamlarına dəstək olduğunu,uyğun qanuni prosedurlar çərçivəsində sahibkarların problemlərinin diqqətdə saxlanıldığını və mövcud problemlərin aradan qaldırılması istiqamətində işlərin davamlı olaraq aparıldığını qeyd edib.

Daha sonra iş adamlarının sualları və problemləri dinlənilib. Miqrasiya Xidmətinin rəisi verilən sualları cavablandırıb və problemli məsələlərdən çıxış istiqamətində tövsiyyələrini verib.

www.yenicag.az

8072
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM