Tunisdə saat 19:00-dan 06:00-dək ölkə daxilində hərəkətə qadağa qoyuldu

Tunis prezidenti Qais Said iyulun 26-da saat 19:00-dan 06:00-a qədər ölkə daxilində insanların və nəqliyyat vasitələrinin hərəkətinin qadağan edilməsi barədə fərman imzalayıb.

Yenicag.az-ın məlumatına görə, bu barədə ölkə başçısının administrasiyasından bildiriblər.

Məlumata əsasən, fərman iyulun 26-dan avqustun 27-dək qüvvədə olacaq.

 

Gecə işləyən, təcili vəziyyətlərdə çalışan insanlar üçün istisnalar ediləcək.