Tural Abbaslı özünə müavin təyin etdi – FOTO

AĞ Partiyada yeni təyinat olub.

Bu barədə Yenicag.az-a partiyanın mətbuat xidmətindən məlumat verilib.

Partiya sədri Tural Abbaslının sərəncamına əsasən Rzayev Rüfət Canəli oğlu partiya sədrinin maliyyə məsələləri üzrə müavini təyin olunub.

Rzayev Rüfət Canəli oğlunun tərcümeyi-halını təqdim edir:

Rzayev Rüfət Canəli oğlu 1981-ci ildə Lerik rayonunda anadan olub. 1987-ci ildə Əhmədli qəsəbəsində yerləşən 95 saylı orta məktəbin 1-ci sinifinə qəbul olmuş və 1998-ci ildə Bakı şəhəri Binəqədi rayon 276 saylı orta məktəbi bitirmişdir.1998-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi fakültəsinə qəbul olmuşdur. 1998-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatında kömpüter mütəxəssisi kimi əmək fəaliyyətinə başlamışdır. 1998-2002 illər ərzində Milli Hərbi geyim formalarının tərtibatında və hazırlanmasında yaxından iştirak etmişdir . Bu fəaliyyətinə görə müxtəlif mükafat və fərmanlarla təltif olunmuşdur. 2004-cü ildə universiteti bitirib və 2018-ci ilə kimi ixtisasına uyğun olaraq idarəetmə sahəsində uğurlu fəaliyyət göstərmişdir. Müxtəlif beynəlxalq dərəcəli təlimlərin iştirakçısı olub. 2018-ci ildən AĞ Partiya sıralarında fəaliyyət göstərməkdədir.