Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

TuranBank Türkiyə Cümhuriyyətinin meşə fondunun bərpasına töhfə verdi

İyulun 28-də Türkiyə Cümhuriyyətinin müxtəlif bölgələrində baş verən və hələ də davam edən şiddətli yanğınlar təbiətə, ekosistemə, ölkənin meşə fonduna ciddi zərər vurub. Meşə fondunun yenidən dirçəldilməsi, məhv olan yaşıllığın bərpası məqsədi ilə Azərbaycan Banklar Assosiasiyası tərəfindən başladılmış xeyirxah təşəbbüsə TuranBank da qoşulub.

Belə ki, TuranBank tərəfindən yanğından zərər görmüş meşə fondunun bərpası və yanğının fəsadlarının aradan qaldırılması məqsədilə hər bir əməkdaşın adından Türkiyəyə 5 ədəd ağac tingi göndərilib.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası Türkiyə Banklar Birliyinin Türkiyənin yanğından zərər görmüş meşə fondunun bərpasına yönəlmiş təşəbbüslərindən birinə qoşularaq ölkəmizdə çalışan hər bir bank əməkdaşı tərəfindən 5 ədəd ağac tinginin verilməsinə dair yekdilliklə qərar qəbul etmişdir.

Qeyd edək ki, TuranBank hər zaman bütün Azərbaycan xalqı və dövləti kimi qardaş Türk xalqının və Türkiyə Cümhuriyyətinin yanındadır. Ümid edirik ki, zərər görmüş Türkiyə təbiəti qısa müddət ərzində yenidən yaşıllığa bürünəcək.

www.yenicag.az

199
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100