Turistləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var

media-hightechnic-468x90

Braziliyada turistləri daşıyan avtobusun aşması nəticəsində 10 nəfər ölüb, 42 nəfər yaralanıb.

Yenicag.az xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərə görə, Sao Paulo şəhərindən Aparecida de Goiania istiqamətinə gedən turist avtobusu Fransisko da Silva Pontes şossesində aşıb.

Qəzada 10 nəfər hadisə yerində ölüb, 5-i ağır olmaqla 42 nəfər yaralanıb. Yaralıları sıxışdıqları yerdən çıxarmaq üçün hadisə yerinə çoxlu sayda yanğınsöndürən maşın göndərilib.

Səlahiyyətlilər bildiriblər ki, turistlər katoliklər üçün müqəddəs olan Aparesida Məryəm ana bazilikasını ziyarət etmək istədikləri üçün yola düşüblər.

İsmayıl Bakuvi

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa