Azərbaycan Turizm və Menecment Universiteti cərimələnə bilər.
Yenicag.az xəbər verir ki, universitet barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə inzibati iş başlanıb.
İşə Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.
347-ci maddəyə görə vəzifəli şəxslər 150 manat, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.
Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətovdur./Qaynarinfo/
www.yenicag.az