Türk aydını “erməni yalanı”na qarşı birləşdi – Ortaq bəyanat

media-hightechnic-468x90

Ermeni-Soykırım-Yalanı-DVD-1-Ön-Kapak-800x8001-565x330
“Parlamentlərin qərarı siyasidir, hüquqi deyil”

Yenicag.az xəbər verir ki, aralarında Ataol Bəhramoğlu, Süheyl Batum, Yusuf Halaçoğlu, Nihat Gənc və Birgül Ayman Gülər kimi bir çox tanınmış ismin olduğu ziyalılar, “soyqırım” iddialarına qarşı bəyanatla çıxış ediblər.

aydinlardan-soykirima-karsi-bildiri-2904151200_l2“Erməni soyqırımı” iddialarının 100-cü il dönümü münasibətilə bir çox ölkə parlamenti tərəfindən elan olunan “Erməni soyqırımı” qərarlarına qarşı ortaq bəyanat imzalayan aydınlar bunun 100 illik imperialist ehtirasların nəticəsində olduğununu ifadə ediblər.

Bəyanatda “Çanaqqala və Lozanın qisasını almaq istəyən imperialist dövlətlərin, gerçəklikləri təhrif edərək, elmə-tarixi həqiqətlərə uyğun olmayan böhtanlar ilə Türk millətini soyqırım etməkdə suçlamasını qəbul etmir, bizi belə bir ittihamla günahlandıran hər cür anlayışını rədd edirik” ifadələrinə yer verildi.
Eyni zamanda qeyd olunub ki, “BMT Soyqırım Konvensiyasına görə, bir hadisənin soyqırım olub olmadığına bu işlə vəzifələndirilmiş milli məhkəmələr və ya beynəlxalq cəza məhkəmələri qərar verə bilməkdədir. 1915-ci ildə yaşanan hadisələri soyqırım olaraq xarakterizə etmək üçün hər hansı bir məhkəmə qərarı olmamasına və Avropa İnsan Haqqları Məhkəməsinin 1915-ci il hadisələrini soyqırım olaraq qəbul etməməsinə baxmayaraq, bu ölkələrin “hüququ tanımayaraq” aldığı qərarlar, tamamilə siyasidir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600