Türk Dünyası Bakı Atatürk Liseyinin möhtəşəm məzun günü – FOTO/VİDEO

media-hightechnic-468x90

Şəhriyar adına Mədəniyyət Mərkəzində Türk Dünyası Bakı Atatürk Liseyinin məzuniyyət mərasimi keçirilib.

media-5r4a6921

Yenicag.az xəbər verir ki, tədbirdə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turganər, Xalq şairi Sabir Rüstəmxanlı, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı, Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı Közhan Yazqan, Türk Düşüncə Mərkəzinin sədri Məlahət Qurbanova, rəssam Rəis Rəsulzadə, liseyin pedaqoji kollektivi, şagirdlər, valideynlər və ictimai-siyasi xadimlər iştirak ediblər.

media-5r4a6693

Tədbir Ulu Öndər Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması və Azərbaycanla Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

media-5r4a6723

Liseyin müdiri Eylem Gültekin açılış nitqində qonaqları salamlayaraq məzunlara gələcək həyat yollarında uğurlar arzulayıb.

media-5r4a6746

Xalq şairi Sabir Rüstəmxanlı da çıxışında məzunları təbrik edərək, belə bir nüfuzlu liseydə təhsil almağın böyük üstünlük olduğunu vurğulayıb.ŞKTC nümayəndəliyinin rəhbəri Ufuk Turganər isə gənclərin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında oynayacaqları roldan bəhs edib.

Mərasimdə liseyin məzunları musiqili kompozisiyalarla çıxış ediblər.

Qeyd edək ki, Türk Dünyası Bakı Atatürk Liseyi 1992-ci ildə Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) qurucu başqanı, professor Turan Yazqanın təşəbbüsü və Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə təsis olunub.

 

 

 

Samir Məcidov

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600