Əməkdar artist: “Ç” hərfini “S” kimi deyəndə başımdan qaynar su tökülür”

media-hightechnic-468x90

 

media-banner_tkm

“Baxırsan, hansısa bölgədən gəlir, elə o bölgənin jarqonu ilə də danışmağa başlayır”.

Yenicag.az xəbər verir ki, bu sözləri xanəndə, Əməkdar artist İlkin Əhmədov “İncəSəhər” verilişində deyib.

Muğam ifaçısı efirdə jarqonla danışan sənət adamlarını tənqid atəşinə tutub:

“Yaralı yerlərimizdən biri də hərflərin tələffüzüdür. Hərflərin tələffüzü çox önəmlidir. O yerdə ki “Ç” hərfini “S” kimi dedilər, sanki adamın başına qaynar su tökürlər. Bu məqamlara fikir vermək lazımdır. Mən demirəm özüm tam mükəmmələm, yox, mən hələ öyrənirəm, təkmilləşdirməyə çalışıram. Özüm də şahidi olmuşam baxırsan, hansısa bölgədən gəlib efirdə öz ləhcəsi ilə elə rahat danışır, elə bilir ki, elə belə də olmalıdır. Belə şeylər yolverilməzdir. İnsan özünü təkmilləşdirməli, savad almalıdır”.

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05