Türk gəncin qəhrəmanlığı başına iş açdı

media-hightechnic-468x90

82079Almaniyanın dövlət telekanalı Offenbak şəhərində 2 alman qızını təcavüzçü gənclərdən qorumağa çalışarkən öldürülən 22 yaşlı türk qızı Tuğçe Albayrakdan sonra daha bir türkdən söz açıb.

Yenicag.az anspress-ə istinadən bildirir ki, bu dəfə mövzu Burhan İlkan adlı türk gənci idi. O, Köln şəhərində bənzər bir hadisədə hücuma məruz qalıb və döyülərək ağır yaralanıb.

İkinci dövlət kanalı ZDF-in xəbər bülletenində reportajı ekrana gətirilən Burxan İlhan, evinin əşyalarını daşıdıqları zaman çətinlik çəkən ata və oğulun kömək edərkən təzyiqə məruz qalıb. Qrup halında gələn şəxslər Burhan İlkana hücum edərək dəmir çubuqlarla baş və bədəninə vurublar. Türk gənci aldığı xəsarətlərdən komaya düşüb.

Başındakı qırıqlar səbəbiylə bir neçə dəfə əməliyyat olunan Burhan İlhan, ata və oğula kömək etdiyi üçün peşman olmadığını deyir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600