!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türk Şurasına üzv ölkələrin iş adamlarının I Forumu keçirildi

!Reklam – Yazi

Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türk Biznes və İnvestisiya I Forumunu keçirib.

Yenicag.az xəbər verir ki, tədbirə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstandan 600-dən çox iş adamı və rəsmi şəxslər qatılıb.

Türkiyə Birjalar Palatası (TOBB) və Türkyə Ticarət və Sənaye Palatası rəhbəri Rifat Hisarcıklıoğlu çıxış edərək bildirib ki, Türk Şurasına daxil olan ölkələrin iqtisadi inkişafının yolu bu ölkələrin iş adamlarının birgə fəaliyyətindən asılıdır: “Odur ki, birlikdə çalışmalı, birlikdə yüksəlməliyik. Bizlər 6 fərqli ölkəsi olan tək millətik. 1,1 trilyon dollarlıq iqtisadi gücə, 560 milyard dollarlıq xarici ticarət həcminə və 160 milyonluq əhali sayına sahibik. Yəni bir araya gəlincə, qlobal bir gücə sahib olarıq”.

Üzv ölkələr arasındakı toplam ticarət həcminin 9 milyard dolları təşkil etdiyini və bunun mövcud potensial imkanlardan çox aşağı göstərici olduğunu vurğulayan R.Hisarcıklıoğlu ortaq türk ticarət və sənaye palatalarının birgə fəaliyyətilə bu rəqəmləri daha sürətli inkişaf etdirmənin mümkün olduğunu bildirib. R.Hisarcıklıoğlu Türkiyənin Türk Şurasına üzv ölkələrdə 15 milyard dollarlıq sərmayə yatırdığını, bu ölkələrin Türkiyədəki toplam yatırımının isə 8 milyard dollar təşkil etdiyini bildirib, bu rəqəmlərin daha da artmasının vacibliyini qeyd edib.

TOBB rəhbəri oxşar mədəniyyəti, oxşar ənənələri olan bu türkdilli dövlətlərin arasında mənəvi, siyasi baxımdan heç bir maneə yaşanmadığı kimi, ticarət əlaqələrində də maneələrin aradan qaldırılmasını arzu edib: “Biznes əlaqələrimiz genişləndikdən sonra ortaq investisiyalar da olar. O halda aramızdaki viza ve keçid sənədləri kimi ticarətimizə maneə yaradan hər əngəli də aşa bilərik”.

R.Hisarcıklıoğlu Türkiyənin özəl sektoru olaraq bu ölkələrin iş adamları ilə daha çox əməkdaşlıq etmək arzusu olduğunu da deyib: “Yaratdığımız Türkiyə Ticarət ve Sənaye Palatası da bu məqsədə xidmət edir. Bu Forumun da türkdilli dövlətlərin iş adamlarına çox müsbət təsiri olacağına ümid ediriəm”.

15 oktyabrda Bakıda keçirilən Türk Şurası dövlət başçılarının 7-ci Zirvə toplantısının keçirilməsini xatırladan Rifat Hisarcıklıoğlu iş adamı olaraq bu tədbirdən böyük gözləntilərinin olduğunu da qeyd edib.

Özbəkistanın baş nazirinin müavini Cəmşid Koçkarov ölkəsindəki iqtisadi sahələrdə əhatəli islahatlar aparılmasından, ölkədə iş və sərmayə mühitinin yaxşılaşdırılmasına dair fəaliyyətlərdən danışıb.

Qeyd edək ki, Türk Şurasının baş katibi Bağdad Amreyev bildirib ki, Türk Şurasının keçənilki zirvə toplantısında Özbəkistan müşahidəçi qismində iştirak edərkən bu ölkənin prezidenti Şövkət Mirzoyev Türk Şurasına üzv ölkələrin türk iş adamlarının birgə fəaliyyəti üçün belə bir forumun keçirilməsi təşəbbüsünü irəli sürüb. Bu səbəbdən də I Forum Özbəkistanda baş tutub. Forum çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstanın ortaq türk ticarət-sənaye palatalarının məşvərət toplantısı da baş tutub. Bunun ardınca isə 6 ölkənin iş adamları arasında təkbətək görüşlər olub./APA/

COP29

www.yenicag.az

1127
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv