
Dr. Mustafa Aydın bildirib ki, dünyada Nobel mükafatını alan şəxs və qurumlara baxdığımız zaman, belə bir mövqe, prinsipiallıq nümayiş etdirənlər çox az olduğunu görürük: “Bu baxımdan nə üçün Türk xalqı bu duruşu ilə Nobel mükafatına layiq olmasın?!”.
Mükafatın verilməsi üçün həyata keçiriləcək prosedurlara toxunan M.Aydın qeyd edib ki, onlar bu xain çevriliş cəhdinin necə meydana gəldiyini və Türk xalqının buna necə münasibət göstərdiyini əks etdirən sənəd, foto-video materialları hazırlayaraq Nobel seçim qurumuna müraciət edəcəyik: “Müraciətlər 2017-ci ilin dekabr ayında yekunlaşır. Siyahılar açıqlanır və mərhələ-mərhələ ələnir. Bu çox ciddi fəaliyyət tələb edən işdir. Təxminən 1 il davam edəcək. Nobel Sülh mükafatı əslində məqsəd deyil, vasitədir. Məqsəd Türk xalqının haqlı mübarizəsini dünyaya təqdim etməkdir. İstəyirik, dünya ictimaiyyətinin yalan və məqsədli informasiyalarla çaşqın duruma salınmasının qarşısını alaq”.
Editor.az
www.yenicag.az