!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə Administrasiyasından ABŞ-a sərt CAVAB

!Reklam – Yazi

Türkiyə Prezident Administrasiyasının İçtimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun ABŞ Senatının 1915-ci il hadisələrini “Erməni Soyqırımı” olaraq xarakterizə edən qətnamə layihəsinin qəbul edilməsinə etiraz edib.

Yenicag.az xəbər verir ki, Fəxrəddin Altunun sözlərinə görə, qəbul edilən layihə ABŞ-Türkiyə münasibətlərini təhlükə altına alır.

O qeyd edib ki, sanksiyalar və təhdidlər Türkiyəni təhlükəsizlik maraqlarını qorumaqdan vaz keçirməyəcək.

Türkiyə rəsmisi “Tvitter” hesabında qətnamə layihəsinin qəbulunu belə şərh edib:

“ABŞ Konqresinin bəzi üzvlərinin davranışı Türkiyə-ABŞ münasibətlərinə xələl gətirir. Dünən Senatın Xarici Əlaqələr Komitəsinin qəbul etdiyi sanksiya qərarı və bu gün Senatdan keçən qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə layihəsi ikitərəfli əlaqələrin gələcəyini təhlükə altına alır.

Suriyanın şimalındakı hərbi əməliyyatımızın səbəb və məqsədlərini amerikalı həmkarlarımıza çatdırdıq. Sanksiyalar və təhdidlər milli təhlükəsizlik maraqlarımızı qorumağımıza mane olmayacaq”.

ABŞ Konqresinin bəzi üzvləri sırf Suriyadakı hərbi əməliyyatlarımızdan rahatsız oldu deyə, milli güvənliyimizi təhlükəyə atmağı rədd edirik”.

F.Altun əlavə edib ki, əvvəldən YPG ilə ittifaq qurmaq ağılsız siyasət idi:

“Terror təhdidləri qarşısında vətəndaşlarımızın təhlükəsizliyini və rifahını təmin etməyə davam edəcəyik.

ABŞ Konqresinin bəzi üzvlərinin tarixi siyasiləşdirməyə yönəlmiş əvvəlki cəhdlərində bu hadisələri araşdırmaq üçün bir qrup yaratmaq təklifimizi xatırlatdıq. Qeyd etdik ki, tarix millətləri bölən deyil, onları birləşdirən bir şey olmalıdır.

Ancaq son bir neçə ay ərzində ABŞ Konqresinin bəzi üzvləri NATO müttəfiqinin perspektivlərini və həssaslıqlarını görməzdən gəlmək üçün hər şeyi etdilər və iki ölkə və iki dövlət arasında münasibətləri nizamlamaq üçün məsuliyyətsiz hərəkət etdilər.

Bu qərarlar, Türkiyə ilə ABŞ arasındakı əlaqələrə heç bir fayda gətirməyəcək.

Tarix, bu qərarları ABŞ Konqresindən bəzi üzvlərinin Türkiyəyə qarşı məsuliyyətsiz və ağıllı olmayan hərəkətləri olaraq görəcək. Bunlar iki ölkə arasında uzunmüddətli ziyana səbəb olan tərəf olaraq tarixə düşəcək”.

www.yenicag.az

958
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv