Pərvizlə Günayın küsülülük SƏBƏBİ: “Elə şeylər var ki, keçə bilmirəm”
“Mənim üçün elə şeylər var ki, keçə bilmirəm”.
Yenicag.az xəbər verir ki, bu sözləri bəstəkar-müğənni Pərviz İbrahimli “İncəSəhər” verilişində deyib.
Sənətçi aparıcı Vüsalə Əlizadənin “Çox istəyirəm, Günay İbrahimli ilə barışasınız” sözlərinə belə cavab verib:
“Mən çalışdığım müğənnilərin hamısı ilə dostam. Amma mənim üçün elə şeylər var ki, keçə bilmirəm. Bəzi mövzuları aşmaq istəmirəm. İnsan umduğu yerdən küsür. Bəzən bir insana illərlə qəlblə yanaşırsan, onun yanında bir dost kimi olursan. Amma elə bir məqam olur ki, keçə bilmirsən. Bunu istər-istəməz keçə bilmirsən”.
Nehru













