Türkiyə Azərbaycanla birgə Qarabağda hansı işləri görəcək? - Fəaliyyət PLANI AÇIQLANDI

media-hightechnic-468x90

Türkiyə-Azərbaycan İqtisadi Əməkdaşlığına dair fəaliyyət planının maddələri açıqlanıb.

Yenicag.az xəbər verir ki, burada Azərbaycanın işğaldan azad edilən bölgələrində əməkdaşlığa dair prioritet fəaliyyət planları da yer alıb.

Həmin maddələri təqdim edirik:

1. Azərbaycanın işğaldan azad olunan bölgələri ilə bağlı ortofoto xəritələrinin hazırlanması məsələsində texniki dəstəyin göstərilməsi – 2021-2022-ci illərdə

2. Azərbaycanda və işğaldan azad edilən bölgələrin yenidən inşasında Türkiyənin “Ağıllı şəhər” təcrübələrinin bölüşülməsi və bu sahədə əməkdaşlıq edilməsi – 2021-2022-ci illərdə

3. İşğaldan azad olunan bölgələrdəki abidələr üçün mümkün layihə sənədlərinin hazırlanması, eyni zamanda bərpa-konservasiya işlərində texniki və maliyyə dəstəyinin göstərilməsi – 2021-2022-ci illərdə

4. İşğaldan azad olunan bölgələrin yenidən əkinçilik üçün əlverişli hala gətirilməsi istiqamətində əməkdaşlıq edilməsi – 2021-ci ildə

5. İşğaldan azad olunan bölgələrdə “Yaşı enerji” konseptinin həyata keçirilməsi üçün əməkdaşlığın aparılması – 2021-2023-cü illərdə

6. Ortaq radiomerik və radioloji araşdırmaların aparılması – 2021-2025-ci illərdə

7. Yenidənqurma işlərinin maliyyələşdirilməsi ilə bağlı texniki dəstəyin göstərilməsi – 2021-2022-ci illərdə

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600