Türkiyədə koronavirus epidemiyası çərçivəsində “Biz bizə yetərik, Türkiyəm” şüarı ilə Milli Həmrəylik Kampaniyası başladılıb. Kampaniyaya ilk olaraq Ərdoğanın özü 7 aylıq maaşını ianə edərək qatıldığını deyib.
Yenicag.az xəbər verir ki, kampaniyaya siyasətçılər, iş adamları və bir çox ictimai xadim qatılıb.
Kampaniya çərçivəsində 5 aylıq maaşını fonda ianə edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop, “Çətin günlərdən keçirik. Birlik və həmrəylik içində, bir-birimizə sahib çıxaraq bu çətin günləri geridə qoyacağıq, inşallah. Biz birlikdə Türkiyəyik, birlikdə güclüyük. Epidemiyaya qarşı mübarizəmizdən də birlikdə qalib çıxacağıq” – deyib.
Kampaniyaya dəstək verən MHP sədri Dövlət Baxçalı da Şəntop kimi 5 aylıq maaşını fonda ianə edib.
Baxçalı, “Mən bu ağır günləri həmrəylik və qarşılıqlı yardımlaşma ilə dəf edəcəyimizə ürəkdən inanıram. Bir-birimizə yardım əli uzatsaq, çətin vəziyyətdə olanlara dəstək versək, həm insani, həm də islami məsuliyyətlərimizi yerinə yetirmiş olarıq”- deyib.
Kampaniyaya hakim Ədalət və İnkişaf Partiyasından da (AKP) büyük dəstək var.
AKP sədrinin birinci muavini Numan Kurtulmuş və müavinləri Mahir Ünal ilə Həmzə Dağ 3 aylıq maaşlarını, digər müavin Mehmet Özhaseki isə 5 aylıq maaşını kampaniyaya ianə edib.
Həmçinin çox sayda AKP millət vəkili və rayon təşkilatlarının sədrləri də kampaniyaya dəstək veriblər. Kampaniyaya eyni zamanda iş adamları və elm adamlarından da büyük dəstək gəlib.
Qısa müddət ərzində nazirlərin və bir çox tanınmış şəxslərin qoşulduğu kampaniyanın bank hesab nömrələri bəlli olub.
Həmin hesab nömrələrini təqdim edirik:
– T.C. Ziraat Bankası AŞ Ankara Kamu Kurumsal Şubesi-1745 – IBAN: TR 65 0001 0017 4503 2156 2050 21
– T.C. Ziraat Katılım Bankası AŞ Ankara Kurumsal Şubesi – IBAN: TR 22 0020 9000 0014 3597 0000 45
– Türkiye Vakıflar Bankası TAO Kolej Şubesi – IBAN: TR 55 0001 5001 5800 7310 2018 04
– Türkiye Vakıf Katılım Bankası AŞ Ankara Kurumsal Şubesi – IBAN: TR 45 0021 0000 0003 4994 7000 01
– Türkiye Halk Bankası AŞ Bakanlıklar Şubesi – IBAN: TR 34 0001 2009 4080 0005 0002 30
Qeyd edək ki, kampaniya haqqında əlavə məlumatı Türkiyənin Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyi nin rəsmi internet səhifəsindən (www.ailevecalisma.gov.tr) əldə etmək olar.
www.yenicag.az