Türkiyə əhalisinin sayı açıqlanıb

media-hightechnic-468x90

Türkiyə Statistika Təşkilatının (TÜİK) açıqladığı rüblük məlumatlara görə, oktyabrın 1-nə Türkiyənin əhalisi 85 milyon 980 min 654 nəfər olub.

Məlumata görə, 2024-cü ilin sonunda ölkə əhalisi 85 milyon 664 min 944 nəfər təşkil edirdi. Bu ilin ilk 9 ayında əhali 315 min 710 nəfər artıb, iyulun 1-dən oktyabrın 1-dək isə artım 155 min 800 nəfər olub.

Əhalinin cins üzrə bölgüsündə kişilər 50,02 faiz (43 milyon 3 min 770 nəfər), qadınlar isə 49,98 faiz (42 milyon 976 min 884 nəfər) təşkil edib.Korrekt.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa