Türkiyə Hərbi Hava Qüvvələrindən “Qış Qartalı" ƏMƏLİYYATI - Terrorçuların silah-sursat anbarları vuruldu

media-hightechnic-468x90

Türkiyə Hərbi Hava Qüvvələri İraqın və Suriyanın şimalında baza kimi istifadə etdikləri Derik, Sincar və Karacak rayonlarında PKK/KCK/YPG terrorçularına qarşı “Qış Qartalı” hava əməliyyatı keçirib.

Yenicag.az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Naziriliyi xəbər verib.

Məlumata əsasən, terrorçuların istifadə etdiyi sığınacaqlara, anbarlara, mağaralara, tunellərə, silah-sursat anbarlarına, habelə silahlıların “qərargahı” və təlim düşərgələrinə hücumlar edilib.

Əməliyyat zamanı əsasən yerli istehsal olan sursatlardan istifadə edildiyi qeyd edilib.

Döyüş tapşırığını yerinə yetirdikdən sonra bütün təyyarələr sağ-salamat öz aerodromlarına qayıdıblar.

Nazirlik vurğulayıb ki, Türkiyə Silahlı Qüvvələri terrora qarşı qətiyyətli mübarizəni davam etdirəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600