Türkiyə ilə İran sərhədində beton sədd tikilir

media-hightechnic-468x90

Türkiyə ilə İran sərhədində beton sədd tikilir.

Yenicag.az xəbər verir ki, bu haqda Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu bildirb.

S.Soylu Van-İran sərhəd xəttindəki qeyri-qanuni keçidlərin qarşısını almaq üçün 295 kilometr uzunluqda divarın 2023-cü ildə tamamlanacağını qeyd edib.

“Bu vaxta qədər Ağrı, İğdır sərhədləri və Ermənistanla olan sərhədlərimizdə divar inşası işləri aparılıb” – deyə nazir əlavə edib.

Məlumat üçün bildirək ki, Türkiyədə bu günə qədər, xüsusilə Ağrı və İğdır sərhədində 191 kilometr, Suriya sərhədində isə 837 kilometr uzunluğunda divar tikilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa