!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə-İsrail yaxınlaşmasında siyasi-iqtisadi ZƏMİN: “Düşmənçiliyin əbədi olması mümkün deyil” - Zərdüşt Əlizadə

!Reklam – Yazi

“Danışıqların gedişində siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələr üzrə əlaqələrin bərpası, genişləndirilməsi məsələləri də müzakirə ediləcək”.

Bu fikirləri münasibətləri 2010-cu ildən sonra son dərəcə gərginləşən Türkiyə ilə İsrail arasında “buzların əridilməsi”nə yönəlik qarşılıqlı təşəbbüsləri şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə ilə İsrail arasında münasibətlərin əvvəlki səviyyəyə qaytarılmasında hər hansı ciddi problem yoxdur:

“Əvvəldən planlaşdırıldığı kimi, İsrail prezidenti İsaak Herzoq Türkiyəyə səfər edəcək və iki ölkə arasında münasibətlərin ən müxtəlif istiqamətləri müzakirə olunacaq.

Hesab edirəm ki, Ərdoğan-Herzoq danışıqlarının ən effektli nəticəsi İsrailin “Leviafan” yatağından çıxarılacaq təbii qazın Türkiyə üzərindən Avropaya nəqli ilə bağlı razılaşma ola bilər.

Təbii ki, danışıqların gedişində siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələr üzrə əlaqələrin bərpası, genişləndirilməsi məsələləri də müzakirə ediləcək. Fikrimcə, tərəflər bu mövzularda da razılığa gələcəklər.

Çünki siyasətdə daimi dostluq və ya daimi düşmənçilik olmur. Nümunələrə baxsaq görərik ki, iki dünya müharibəsində bir-birilərini məhv etməyə çalışan ölkələr indi ayrılmaz müttəfiqlərə çevriliblər. Ona görə də, Türkiyə ilə İsrail arasında münasibətlərin əvvəlki səviyyəyə qaytarılmasında hər hansı ciddi maneə yoxdur”.

A.Zeynalov

www.yenicag.az

586
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv