Türkiyə İsrailin Suriyaya hücumlarını pislədi

media-hightechnic-468x90

“İsrailin Suriyanın ərazi bütövlüyü, birliyi və suverenliyinə zidd olaraq həyata keçirdiyi və miqyasını genişləndirdiyi hərbi hücumları qətiyyətlə pisləyirik”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin İsrailin Suriyaya yönələn hücumları ilə bağlı bəyanatında qeyd olunub.

Bildirilib ki, Suriyada və bölgədə sabitlik və təhlükəsizliyin təmin olunmasına yönəlmiş səyləri birbaşa hədəf alan bu hücumların dayandırılması təmin edilməli və Suriya hökumətinin ölkədə sülh və əmin-amanlığı bərqərar etməsi üçün verilən dəstək davam etdirilməlidir.

“Türkiyə Suriya xalqının haqlı gözləntiləri istiqamətində terrorizmdən təmizlənmiş, təhlükəsizliyi təmin olunmuş və ərazi bütövlüyünə sahib bir Suriya vizyonunu dəstəkləməyə davam edəcəkdir”, –  bəyanatda vurğulanıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05