!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə İsraillə ticarət əlaqələrini tamamilə DAYANDIRDI: Rəsmi Ankara Təl-Əvivi cəzalandırır

!Reklam – Yazi

“Türkiyənin Ticarət Nazirliyinin İsraillə bütün ixrac və idxal əməliyyatlarını dayandırması rəsmi Ankaranın qərarıdır. Yəni Qəzzaya hər hansı bir yardıma icazə verilməyəcəyi təqdirdə, bu yardımlar həyata keçirilməyəcək”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı professor, politoloq Toğrul İsmayıl deyib.

O, sözügedən qərarın gərginləşən münasibətlər fonunda təsirlərindən söz açıb.

T. İsmayıl diqqətə çatdırıb ki, Cənubi Afrika Respublikasının İsraili məhkəmə verməsi prosesində də Türkiyə tərəf oldu.

“Hətta Almaniya burada İsrailin yanında olanda, Türkiyə də İsraili cəzalandıracaq tərəfdə yer aldı. Bu, beynəlxalq hüquqa görə uyğun və doğrudur. Görürük ki, dünyada etirazlar artır, ABŞ-də tələbə hərəkatı bura daxildir, – deyə o əlavə edib.

Politoloq qeyd edib ki, ABŞ İsraili açıq şəkildə dəstəkləsə də, İsraillin törətdiyi Fələstin xalqının öz torpaqlarına yaşamaq haqqını məhrum edən bir hərəkətdir:

“Ona görə də beynəlxalq hüquqda ziddi hərəkətlərə görə, Türkiyənin yanaşması doğrudur. 7 oktyabr hadisələri İsrail üçün bəhanə ola bilərdi, lakin hazırkı məsələ terrorla mübarizə deyil, əksinə, Fələstin xalqını yaşadığı torpaqlardan didərgin salma məsələsidir ki, bu da beynəlxalq hüquq üçün yolverilməzdir”.

Xatırladaq ki, Türkiyənin Ticarət Nazirliyinin bu qərarı müzakirələrə səbəb olub. Ankarada hesab edirlər ki, bu qadağa İsrail hökumətinin Qəzzaya fasiləsiz humanitar yardım axınına icazə verənə qədər həyata keçirəcək. Rəsmi Təl-Əvivdən adıçəkilən qərarla bağlı rəsmi açıqlama verilməyib.

Rafi Müslümov

COP29

www.yenicag.az

168
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv