Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyə ordusu Suriyada yeni hərbi əməliyyatlar keçirəcək

Türkiyə ordusu Fərat çayının şərq sahilində terror qruplaşmalarına qarşı hərbi əməliyyata başlamaq niyyətindədir.

Yenicag.az “Anadolu” informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Biz Fərat çayından şərqdə yaşayan əhaliyə sülh və əmin-amanlıq gətirmək istəyirik. ABŞ və Suriyadakı amerikalı hərbçilərə qarşı çıxmaq niyyətimiz yoxdur. Amerikanı gələcək strateji tərəfdaş olaraq görürük. Suriya böhranı zamanı yaranan fikir ayrılıqlarının gələcəkdəki iş birliyimizə əngəl olmasına yol verməməliyik” – deyə Türkiyə lideri qeyd edib.

Məlumata əsasən, Türkiyə artıq hazırlanan əməliyyat planı barədə ABŞ-ı məlumatlandırıb.

www.yenicag.az

1908
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100