Türkiyə parlamentində dava: Deputatlar yumruqlaşdılar

media-hightechnic-468x90

Türkiyə Böyük Millət Məclisi deputatları arasında dava düşüb.

Yenicag.az Oda TV-yə istinadən xəbər verir ki, qanun təklifinin müzakirəsi zamanı Milliyyətçi Hərəkat Partiyası (MHP) ilə Cümhuriyyət Xalq Partiyası (CHP) deputatları arasında gərginlik yaşanıb.

Yaşanan gərginliyin yatışması üçün toplantıya ara verilib. Lakin bu zaman MHP-li deputat Ümid Yılmaz CHP-li millət vəkili Çingiz Gökçələ yumruq atıb.

Digər deputatların araya girməsilə gərginlik yatışdırılıb.

Davaya səbəb isə MHP-li millət vəkilinin sözünün kəsilməsi olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600