!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə parlamentinə hücum cəhdi - İki terrorçu saxlanıldı

!Reklam – Yazi

Türkiyə Böyük Millət Məclisində terror aktının qarşısı alınıb.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.

Belə ki, 2 nəfər zorla parlamentə daxil olmağa və qəbul şöbəsindəki əməkdaşı girov götürməyə çalışıblar.  Təhlükəsizlik xidməti əməkdaşlarının müdaxiləsi nəticəsində həmin şəxslər saxlanılıb. Mulla Zincir ve Eylem Yücel adlı şəxslərin DHKP-C təşkilatı ilə bağlılıqları üzə çıxıb.

Axtarış zamanı kişi və qadının üzərində bombaya bənzər qara qutu və ucuna kəsici alət yapışdırılmış qələm aşkar edilib. Saxlanılan şəxslərdən birinin daha əvvəl terror aktı törətməyə hazırlıq maddəsi ilə axtarışda olduğu məlum olub.

O da müəyyən edilib ki, onlar CHP millət vəkili Mahmud Tanalın qəbuluna gəliblər. Mahmud Tanal sözügedən şəxslərin onun qəbuluna yazıldıqlarını təsdiqləyib.

Araşdırmalar davam etdirilir.

COP29

www.yenicag.az

12519
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv