!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə parlamentinə sədr seçkisi keçirilir

!Reklam – Yazi

Türkiyə Böyük Millət Məclisinə (TBMM) sədr seçkisi keçirilir.

Yenicag.az xəbər verir ki, seçki dörd namizəd arasında aparılır.

Səsvermənin ilk mərhələsinin 2 saat davam etməsi gözlənilir. 600 millət vəkilinin olduğu TBMM-də ilk mərhələdə 401 səs toplamağa nail olan namizəd sədr seçiləcək.

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırımdır. Sədrliyə iddialı olmayan Millətçi Hərəkat Partiyası (MHP) AKP-nin namizədini müdafiə edir.

TBMM sədrinin seçilməsi üçün keçirilən səsvermədə həmçinin CHP İstanbul millət vəkili Ərdoğan Toprağı, HDP Siirt millət vəkili Maral Danış Beşdaşı, İYİ Partiyası isə İstanbul millət vəkili Xeyrəddin Nuhoğlunu namizəd qismində göstərib.

Namizəd ilk iki səsvermədə 600 deputatın 400-nün etimadını qazanmaqla sədr seçilə bilər. Bu səsvermələrdə sədr seçilə bilməsə, növbəti səsvermədə 301 səs yeni sədrin müəyyən olunmasına yetərlidir.

 

 

www.yenicag.az

2322
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv