Beştəpədəki prezident iqamətgahının təhlükəsizliyi üçün çiyindən atılan raketli silahlar yerləşdiriləcək
Türkiyə Prezident Administrasiyasında 1 baş yavər və 4 yavər vəzifəsi var. Ölkə prezidentinin hər addımında yanında olan baş yavər xidməti maşına minən yeganə şəxs idi. Türkiyədə baş yavər vəzifəsi 1920-ci ildən bəri mövcud olub. Ancaq Türkiyə prezidentinin baş yavəri Əli Yazıçının dövlət çevrilişi cəhdindən sonra saxlanılması bu postun ləğvinə gətirib çıxarıb.
Məlumatda həmçinin bildirilir ki, Beştəpədəki prezident iqamətgahının təhlükəsizliyi üçün çiyindən atılan raketli silahlar yerləşdiriləcək. Eyni zamanda, hərbçilərin yerini xüsusi təyinatlı polislər alıb və prezidentin mühafizəçilərinin sayı iki dəfə artırılıb.(report)