Türkiyə sərhədində partlayış – 5 ölü, 10 yaralı

Türkiyə sərhədində güclü partlayış baş verib.

Yeniçağ.az Milliyet-ə istinadən xəbər verir ki, Suriyanın Azez şəhərində bomba yüklü maşın partladılıb. Hadisə nəticəsində 5 nəfər ölüb, ən azı 10 nəfər yaralanıb. Yaralılar Türkiyədə xəstəxanalara çatdırılıblar.

Yaxınlıqda yerləşən bələdiyyə binası və məscid tanınmaz hala düşüb.

Yeniçağ.az