Türkiyə Suriyada “sülh dəhlizi” yaradır

media-hightechnic-468x90

Türkiyə Suriyanın şimali ilə öz sərhədi boyunca təhlükəsizlik zonası yaratmaq niyyətindədir.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasının yekununda qəbul olunmuş bəyanatda deyilir.

Bəyanatda Türkiyənin yerli və xarici terror qruplaşmaları ilə qətiyyətlə mübarizəni davam etdirəcəyi də bildirilir:

“Sərhədlərimizin təhlükəsizliyinin təmin edilməsi çərçivəsində “sülh dəhlizi”nin yaradılması üçün bütün mümkün səylərin göstərilməsində qətiyyətlilik bir daha bəyan edilir”.

NATO ilə münasibətlərə gəlincə, bəyanatda Türkiyənin öz öhdəliklərini yerinə yetirdiyini və müttəfiqlərindən strateji tərəfdaşlıq, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq baxımından eynisini gözlədiyi qeyd olunur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600