Medvedev: "Rusiya Baltik ölkələrini BMT Məhkəməsinə verəcək"

media-hightechnic-468x90

Rusiya tezliklə BMT-nin Beynəlxalq Məhkəməsinə Baltik ölkələrinə qarşı rusdilli insanların diskriminasiyası və hüquqlarının kobud şəkildə pozulması ilə bağlı şikayət təqdim edəcək.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda (PMYF) bəyan edib.

Onun sözlərinə görə, Rusiya rusdilli insanları diskriminasiya edən qeyri-dost dövlətlərə qarşı mövcud bütün beynəlxalq məhkəmə mexanizmlərindən istifadə edəcək. Medvedev xatırladıb ki, bunun üçün 1965-ci il beynəlxalq konvensiyası mövcuddur.

“Orada iştirakçı dövlətin BMT Beynəlxalq Məhkəməsinə müraciət etmək hüququ nəzərdə tutulur. Artıq Baltik ölkələrinə onların diskriminasiyası və rusdilli vətəndaşların hüquqlarını kobud şəkildə pozması ilə bağlı məhkəməyəqədər iddialar irəli sürülüb. Bu ilin may ayının sonunda məhkəməyəqədər mərhələ başa çatdı. Tezliklə, müvafiq olaraq, BMT Beynəlxalq Məhkəməsinə şikayətlər təqdim olunacaq”, – deyə siyasətçi bildirib.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05