Türkiyə Suriyaya dəstək göndərir

media-hightechnic-468x90

1026596112 (1)Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özal bəyan edib ki, Suriyaya əlavə ordu dəstələri göndəriləcək.

Bu bölüklər Osmanlı imperiyasının rəhbərlərinin babası Süleyman şahın məqbərəsini qoruyacaq.

“Unutmayın, siz orda tək deyilsiniz. Sizin arxanızda 76 milyonluq türk xalqı dayanır. Bizim ürəklərimiz sizinlədir. Əmin oluna bibərsiziniz ki, sizin bir sözünüzdən sonra Türkiyə Silahlı Qüvvələri dərhal sizin yanınızda olacaq”, – deyəm Özal bildirib.

Osmanlı sultanlığının banisi I Osmanın babası –Süleyman şahın məqbərəsi Suriyanın Hələb şəhərində yerləşir. 1921-ci ildə bağlanan müqaviləyə əsasən məqbərənin yerləşdiyi ərazi Türkiyə torpağı hesab olunur və onu türk əsgərləri qoruyur.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600