!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Türkiyə üçün son şans

!Reklam – Yazi

euro-2016-turkiye-wts“Avro-2016”-nın qrup mərhələsinin II turunun oyunları davam edir.

Bu gün daha 3 oyun keçiriləcək.

Günün ilk qarşılaşması E qrupunda keçiriləcək. Burada İtaliya və İsveç milliləri münasibətlərinə aydınlıq gətirəcək. Matç 17:00-da başlayacaq.

Digər oyunlar isə D qrupunun komandaları arasında keçiriləcək. İlk görüşdə Çexiya və Xorvatiya yığmaları üz-üzə gələcək. Oyun 20:00-da start götürəcək.

Günün son qarşılaşmasında isə Türkiyə millisi son Avropa çempionu İspaniya ilə üz-üzə gələcək. Turnirə uğursuz başlayan Fatih Terimin yetirmələri meydana azı 1 xal qazanmaq üçün çıxacaqlar. Yalnız bu halda türklərin 1/8 finala vəsiqə qazanmaq şansı qalacaq. Matçı 23:00-da başlayacaq.

Avropa çempionatı
Qrup mərhələsi, II tur
17 iyun

E qrupu

17:00. İtaliya – İsveç
Baş hakim: Viktor Kaşşai
Yan xətt hakimlər: Györgi Rinq, Vensel Tot
Əlavə köməkçi hakimlər: Tamaş Boqnar, Adam Farkaş (hamısı Macarıstan)
Dördüncü hakim: Klemen Turpin (Fransa)
Tuluza. Tuluza şəhər stadionu.

D qrupu

20:00. Çexiya – Xorvatiya
Baş hakim: Mark Klattenburq
Yan xətt hakimlər: Simon Bek, Ceyk Kollin
Əlavə köməkçi hakimlər: Antoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dördüncü hakim: Tasos Sidiropoulos (Yunanıstan)
Sent-Etyen. “Joffrua Qişar” stadionu.
23:00. İspaniya – Türkiyə
Baş hakim: Milorad Maziç
Yan xətt hakimləri: Milovan Ristiç, Dalibor Corcyeviç
Əlavə köməkçi hakimlər: Danilo Qrujiç, Nenad Cokiç (hamısı Serbiya)
Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)
Nitsa. Şəhər stadionu

www.yenicag.az

651
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv