Türkiyə və İsveç XİN başçıları arasında telefon danışığı oldu

media-hightechnic-468x90

Türkiyənin xarici işlər naziri Hakan Fidanla isveçli həmkarı Tobias Billström arasında telefon danışığı olub.

Bu barədə Yenicag.az-ın yerli bürosuna Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı İsveçdə Qurani-Kərimə qarşı edilən hücumlar müzakirə olunub.

Türkiyəli nazir, ifadə azadlığı adı altında bu kimi hərəkətlərin davam etdirilməsinin qəbuledilməz olduğunu vurğulayıb və qeyd edib ki, İslam dünyasında böyük əks-səda doğuran hücumların qarşısını almaq üçün İsveç hökumətindən konkret addımlar gözlənilir.

Görüş zamanı İsveçin NATO-ya üzvlük prosesi də müzakirə olunub.

Natiq Çıraqzadə

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600