Türkiyə xəstəxanasında PARTLAYIŞ – Qurbanların sayı 11-ə çatdı

Türkiyənin Qaziantep vilayətində yerləşən SANKO Universitet Xəstəxanasının reanimasiya şöbəsinin COVID-19 xəstələrinin müalicə aldığı bölmədəyanğın baş verib.

Yenicag.az xəbər verir ki, baş verən hadisə nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

Məlumata görə, hadisədən sonra xəsarət alan daha üç nəfər müalicə aldığı xəstəxanada həyatını itirib.

Xəstəxanada müalicə alan digər xəstələr başqa tibb müəssisələrinə köçürülüblər.

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca hadisə baş verən xəstəxanada olub.

Qeyd edilib ki, yanğına yüksək axınlı oksigen cihazının partlaması səbəb olub.

Loading...