"Türkiyə yaxın zamanda Rusiya ilə gərginlik yaşayacaq" – POLİTOLOQDAN PROQNOZ
“Türkiyə yaxın zamanda Rusiya ilə də gərginlik yaşayacaq”.
Bunu Türkiyənin İrana sanksiya tətbiq etməsi və bundan sonra gözlənilənləri Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.
O bildirib ki, Türkiyə ABŞ ilə münasibətləri qaydaya qoymaq üçün müxtəlif addımlar atacaq:
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT-nin 80 illik yubleyi ilə əlaqədar ABŞ-yə səfəri oldu. Səfər zamanı ABŞ prezidenti Donald Trampla görüşdü. Türkiyə Yunanıstan münasibətləri gərginliyi fonunda ABŞ Rusiya münasibətləri yaxınlaşmaqdadır. Türkiyə daxilində də problemlər var. Müxalifətlə hakimiyyət arasında çəkişmə daha da artıb.
Türkiyənin Rusiyadan S-400-lər alması Türkiyə ABŞ münasibətlərini gərginləşdirmişdi. ABŞ Türkiyəyə qarşı sanksiyalar tətbiq etdi. Hətta “Kaan” sistemi də dayanıb. Çünki onun hissələri ABŞ-dən gəlir”.
Politoloq qeyd edir ki, Trampla Ərdoğanın görüşündən sonra yeni bir səhifə açılır:
“ABŞ Türkiyə ilə münasibətləri düzəltmək üçün sanksiyalar tətbiq etmək yerinə, Türkiyənin istəklərini nəzərə almalıdır. Türkiyə ABŞ-dən “Patriot” hava hücumundan müdafiə sistemləri istədi, vermədilər, F-16-lar satmadılar. S-400-ləri bəhanə edib F-35 proqramından Türkiyəni çıxardılar.
İranın müdafiə naziri bir neçə gün öncə Türkiyəyə səfərə getmişdi. Ancaq Türkiyə üçün ABŞ ilə münasibətlər daha önəmlidir. Ona görə də, Türkiyədən başqa addımlar da gözləmək olar. İran onsuzda vurulacaq. Türkiyə bunu nəzərə alır. Türkiyə yaxın zamanda Rusiya ilə də gərginlik yaşayacaq. Çünki Türkiyə üçün prioritet ABŞ-dir”.
Səxavət Məmməd