!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyədə 63 yanğından 43-ü söndürüldü

İki gün ərzində ölkənin cənub bölgələrində baş verən 63 yanğından 43-ü söndürülüb.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun sosial media hesabında etdiyi paylaşımda bildirib.

F.Altun “Dövlətimiz Meşələrimiz Üçün Səfərbərdir” başlığı ilə paylaşdığı görüntüyə meşə yanğınlarına müdaxilə etmək üçün istifadə olunan maşın və personal sayını daxil edib.

“Aidiyyətli qurum və təşkilatlar 4 minə yaxın personal, yüzlərlə vasitə və avadanlıq ilə 21 vilayətimizdə meşə yanğınlarına qarşı havadan və qurudan müdaxilə edir” ifadəlerini işlədən F.Altun iki gün ərzində baş verən 63 yanğından 43-nün nəzarət altında olduğunu və söndürmə işlərinin həssaslıqla davam etdiyini vurğulayıb.

www.yenicag.az

239
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100