Türkiyədə 14 terrorçu zərərsizləşdirilib.
Yenicag.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə məlumat yer alıb.
Məlumatı ölkənin Daxili İşlər Nazirliyi təsdiqləyib.
Bildirilib ki, ölkə ərazisində 2388 əməliyyat keçirilib. Əməliyyatlar zamanı 7 terrorçu ələ keçirilib, daha 7 silahlı isə könüllü təslim olub.
Ölkə ərazisində terror birləşmələrində iştiraka görə 747 nəfər saxlanılıb. Onlardan 144-ü PKK terrorçularına yardım edib. Əməliyyatlar ölkənin on əyalətində keçirilib.
Əməliyyatlar zamanı terrorçuların 28 sığınacağı məhv edilib. 15 əldəqayırma partlayıcı qurğu zərərsizləşdirilib.
Həmçinin əməliyyatlar çərçivəsində 11 əl qumbarası, 289 kiloqram partlayıcı maddə, 24 ədəd silah və 515 döyüş sursatı götürülüb.
www.yenicag.az