Türkiyədə bayram günlərində avtobuslara “gizli sərnişin”lər yerləşdiriləcək 

media-hightechnic-468x90

Türkiyənin daxili işlər naziri Əli Yerliqaya Qurban bayramı öncəsi ölkə üzrə tətbiq olunacaq yol təhlükəsizliyi tədbirləri barədə ətraflı məlumat verib.

Yenicag.az xəbər verir ki, “Habertürk” telekanalında çıxış edən nazir bayram ərəfəsində hərəkətin intensiv olduğu yollar və ictimai nəqliyyatda nəzarətin ciddi şəkildə gücləndiriləcəyini bildirib.

Nazirin sözlərinə görə, gündəlik olaraq 17 min 645 nəzarət qrupu və 33 min 943 əməkdaş yollarda xidmət aparacaq. Ümumilikdə isə 68 min 826 polis və jandarma bayramda təhlükəsizliyi təmin edəcək.

Əli Yerliqaya bildirib ki, şəhərlərarası sərnişindaşıma avtobuslarında 3 min mülki geyimli polis “gizli sərnişin” qismində nəzarət həyata keçirəcək. Bu yolla sürücülərin qaydalara əməl etməsi yaxından izlənəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600