Türkiyədə bayram tədbirləri dayandırıldı-Video
Türkiyədə bu gün respublikanın yaradılmasının 91-ci ildönümü qeyd edilirdi.
Rəcəb Tayyip Ərdoğanın prezidentliyi dövründə keçirilən ilk Cümhuriyyət bayramı rəsmi toplantısız baş tutacaq. Çünki bir gün əvvəl Karaman şəhərində baş verən mədən qəzası bayram tədbirlərinə kölgə saldı. Cümhuriyyət günü ilə əlaqədar protokol tədbirlərinin yerinə yetirilməsinin ardından keçirilməli olan rəsmi qəbul mərasimi təxirə salınıb. Daha əvvəl, bu mərasimin həmişə olduğu kimi Çankaya köşkündə yox, yeni Aksaray iqamətgahında keçiriləcəyi gözlənilirdi.
Qəzadakı qardaşlarımızın ağrısının bir vaxtda bizim belə bir mərasim keçirməyimizi dəyərlərimizə uyğun görmədim. Ona görə bu il mərasimdən imtina etdik. Bayramınızı təbrik edirəm. Bu gün baş nazirimiz oraya gedəcək, mən də sonra Karamana gedəcəm və bütün gün orada olacam. Hələ ümidimizi itirməmişik. Xilasetmə işləri davam edir”. (anspress.com)