"Türkiyədə böyük qaz mərkəzi tikə bilərik" - Putin

media-hightechnic-468x90

” Rusiya qaz təchizatı coğrafiyasını genişləndirməyə davam edəcək”.

Yenicag.az “Reuters”ə istinadən bildirir ki, bu barədə Moskva Enerji Həftəsi konfransında çıxış edən Rusiya Prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, Baltik dənizində Rusiya istehsalı olan “Şimal axını 1” və “Şimal axını 2” xətlərində boruları zədələyən ötən ay baş verən partlayışlarla bağlı araşdırmalar davam edir. Putin boru kəmərlərinə dəyən ziyanın aradan qaldırıla biləcəyini, lakin bu məsələ ilə bağlı qərarları Rusiya və Avropanın verməli olduğunu bildirib.

Putin onu da qeyd edib ki, Rusiya “Şimal axını”ndan göndərilə bilməyən təbii qazı Qara dəniz vasitəsilə göndərə, hətta Türkiyədə Avropa üçün təbii qaz qovşağı yarada bilər.

O, bəyan edib ki, Rusiya qaz təchizatı coğrafiyasını genişləndirməyə və enerji resurslarını dollar əvəzinə yerli valyutada satmağa davam edəcək.

Gülşən

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600