Türkiyədə DƏHŞƏT - Neft tankeri partladı - VİDEO

media-hightechnic-468x90

Türkiyənin Qəhramanmaraş şəhərində neft boru kəmərində partlayış baş verib.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayışdan sonra güclü yanğın başlayıb. Qəhrəmanmaraş-Qaziantep avtomobil yolu nəqliyyata bağlanıb.

Əraziyə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım maşınları göndərilib.

Partlayışın hansı səbəbdən baş verdiyi məlum deyil.

“Yaşayış məntəqələri ilə bağlı risk yoxdur və şükürlər olsun ki, insan itkisi yoxdur. İnşallah heyətimiz tezliklə yanğını söndürər”, – deyə Kahramanmaraş Valisi Ömer Faruk Coşkun deyib.

Pazarcığın bələdiyyə sədri İbrahim Yılmazcan açıqlamasında hava şəraitinin yanğının söndürülməsində çətinliklər yaradacağını qeyd etmişdi.

 

 

 

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600