Türkiyədə dəhşətli qəza - Bir ailənin altı üzvü öldü

media-hightechnic-468x90

Türkiyənin Hatay vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə, qəza nəticəsində eyni ailənin altı üzvü həyatını itirib, bir sərnişin xəsarət alıb.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Hatayın Dörtyol rayonunda qoşqulu yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində meydana gəlib.

Hadisə yerinə çox sayda təcili tibbi yardım avtomobilləri, polis əməkdaşları və xilasedici qruplar cəlb olunub.

Qəza ilə bağlı araşdırma başlayıb, qoşqulu yük avtomobilinin sürücüsü saxlanılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600