Türkiyədə dəhşətli qəza: Ölənlər var
Türkiyənin Mersin vilayətində şagirdləri daşıyan mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində iki nəfər ölüb, on nəfər yaralanıb.
Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, hadisə Erdemli rayonunda qeydə alınıb.
Ölənlərdən biri uşaqdır.
Hadisə yerinə polis, təcili tibbi yardım, jandarm əməkdaşları göndərilib.
Yaralılar təcili tibbi yardım maşını ilə yerli xəstəxanalara çatdırılıb.
Məlumata görə, hadisəyə səbəb avtobus sürücüsünün sükan arxasında yuxulaması olub.