Türkiyənin İstanbul şəhərində FETÖ terror təşkilatı ilə mübarizə çərçivəsində növbəti əməliyyat keçirilib.
Yenicag.az-ın məlumatına görə, əməliyyat nəticəsində 219 hərbçi saxlanılıb.
Bunlardan 89-u Quru Qoşun Komandirliyinin, 31-i Hava Qoşun Komandirliyinin, 85-i Dəniz Qoşun Komandirliyinin , 11-i Ümumi Polis Komandirliyinin və 3-ü Sahil Təhlükəsizlik Komandirliyinin hərbçisidir.
Saxlanılanlar arasında dörd polkovnikin də olduğu qeyd edilib.