Türkiyədə erməni terroru ilə bağlı tədbir keçrilir-Fotolar
“Qarabağın işğalı və Xocalı soyqırımı” adlı beynəlxalq konfransda erməni terrorundan və Azərbaycanın son yüz ildə məruz qaldıqları soyqırımlardan bəhs ediləcək.
Bu gün saat 2-də İstanbulda öz işinə başlayacaq beynəlxalq konfrans sabah martın 15-də öz işinin bitirəcək.Konfransın təşkilatçıları Halic Universiteti və Erməni İddiaları ilə Mücadilə Dərnəyinin (ASEF) başqanı Şəmsəddin Gürtəkindir.
Yeni Çağ.Az-a Türkiyədən daxil olan məlumata əsasən Konfransa Azərbaycandan qatılan tanınmış araşdırmaçı-jurnalist, “Yeni Cag” qəzetinin baş redaktoru Aqil Ələsgər və araşdırmaçı yazar Fuad Xəlilov, ASEF başqanı Şəmsəddin Gürtəkin və Düzce Universitetinin professoru Gökmen Kılıçoğlu məruzə ilə çıxış edəcəklər. Konfransda Türkiyənin tanınmış alimləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak edərək, 31 mart 1918 və 26 fevral 1992-ci illərdə erməni terrorunun qurbanı olan soydaşlarımızı yad edəcəklər.
Qeyd edək ki, ASEF 20 ilə yaxındır ki, Türkiyədə Azərbaycanın haqlı davasını müdafiə edir və gündəmdə saxlayır.