Türkiyədə etiraz aksiyası keçirilib

media-hightechnic-468x90

eertrtİranın İstanbuldakı Baş Konsulluğunun qarşısında etiraz aksiyası keçirilib.

“Axar.az” APA-ya istinadın xəbər verir ki, Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) təşəbbüsü və təşkilatçılığı ilə martın 9-da yerli vaxtla saat 14:00-da baş tutan piket İranda öz tarixi torpaqlarında yaşayan azərbaycanlılara qarşı yeridilən siyasətə etiraz məqsədi daşıyıb.

Aksiya iştirakçıları əllərində Azərbaycan və Türkiyə bayraqları, müxtəlif plakatlar, hazırda İran həbsxanalarında qeyri-qanuni olaraq saxlanılan milli fəalların şəkillərini tutaraq, “Türk dilində təhsil haqqımızdır haqqımız!”, “Ankara, Bakı, Təbriz, birlikdə güclüyük biz!”, Urmiya gölü can verir, İran onun qətlinə fərman verir!”, “Azərbaycan var olsun, istəməyən qəhr olsun!”, “Qəhr olsun İran imperializmi!” və s. şüarlar səsləndiriblər. Piket qətnamənin oxunması ilə insidentsiz başa çatıb.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600