Türkiyədə fırtına TIR-ları aşırdı - VİDEO
Türkiyənin Kocaeli şəhərində gecə saatlarından etibarən şiddətlənən fırtına həyatı iflic edib. Şimali Mərmərə magistral yolunda (Kuzey Marmara Otoyolu) dəhşətli anlar yaşanıb.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, magistralın Dilovası keçidində güclü külək nəqliyyatın hərəkətinə ciddi maneələr törədib.
Sürəti təhlükəli həddə çatan fırtına nəticəsində hərəkətdə olan iki TIR və bir yük maşını (pikap) idarəetmədən çıxaraq aşıb. Xüsusilə nəhəng bir TIR-ın şiddətli küləyə müqavimət göstərə bilməyərək yan aşdığı anlar ətrafdakı vətəndaşların mobil telefon kamerasına anbaan düşüb.
Məlumata görə, qəzalar nəticəsində şans eseri xəsarət alan olmayıb. Hadisədən dərhal sonra əraziyə yol polisi və xilasetmə qüvvələri cəlb edilib, magistral yolda təhlükəsizlik tədbirləri maksimum dərəcəyə çatdırılıb.
Fırtınanın davam etməsi səbəbindən magistralın həmin hissəsində ağırtonnajlı maşınların hərəkətinə nəzarət gücləndirilib. Meteorologiya idarəsi sürücülərə xəbərdarlıq edərək, zərurət yaranmadıqca yola çıxmamağı tövsiyə edib.
Səxavət Əliyev












