!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə generalların istefa SƏBƏBİ - Nazirlik açıqladı

!Reklam – Yazi

Türkiyə Silahlı Qüvvələrinin 5 generalının istefa verməsinə dair iddialara Milli Müdafiə Nazirliyindən münasibət bildirilib.

Yenicag.az “Odatv”yə istinadən xəbər verir ki, Milli Müdafiə Nazirliyi bu barədə yaydığı xüsusi açıqlamada 5 generalın istefası haqda iddiaları təkzib edib.

Açıqlamada qeyd olunur ki, Türkiyə Silahlı Qüvvələrinin 2 generalı səhhət və ailə məsələləri ilə bağlı istefaya göndərilmələri haqda müraciət edib və onların bu istəyi qəbul olunub.

Nazirlikdən bəyan edilib ki, həmin generalların istefasını “başqa səbəblərlə” əlaqələndirmək Türkiyə Silahlı Qüvvələrini sarsıtmaq cəhdindən özgə bir şey deyil.

Açıqlamada o da bildirilib ki, nazirlik bu kimi əsassız məlumat və şərhlərlə əlaqədar hüquqi addımlar atmaq səlahiyyətini özündə saxlayır.

www.yenicag.az

620
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv