Türkiyədə həcc ziyarətinin qiyməti – Video
Türkiyədə bu il həcc ziyarətinə gedəcək insanlar ziyarətlərini avro əvəzinə dollar ilə ödəyəcək.
Türkiyədən Müqəddəs torpaqlara bu il 55540 zəvvar həccə gedəcək və onlar ödənişləri avro ilə deyil, dollarla ödəyəcək. Bu vaxta qədər Türkiyədə Diyanət İşləri həcc ziyarətləri zamanı avro ilə aldığı xərcləri dollara çevirib Səudiyyə Ərəbistanına təqdim edirdi. Lakin bu dəfəki həcc ziyarətlərində isə Diyanət İşləri tələb olunan xərcləri insanlardan dollarla almağa başlayıb. Verilən bu qərar dolların yüksəlməsi ilə əlaqələndirilərək böyük müzakirələrə səbəb olub. Diyanət İşləri başkanlığı verilən qərarın dolların yüksəlməsi ilə əlaqəsi olmadığını bildirib. Qərarın 2014-cü ilin noyabr ayında verildiyini qeyd edib. Dollarla ödəniləcək bu ziyarət isə həccə gedənlərin cibindən çoxlu pul aparacaq.
Belə ki, bu ilə qədər həcc ziyarəti üçün alınan ən az yol pulu 2780 avro idi. Bu il isə bu qiymət 3600 dollardır. Əgər ziyarət avro ilə ödənsəydi zəvvarlar 7840 lirə ödəyəcəkdi. Lakin dollara keçildiyi üçün zəvvarlar 9500 lirə ödəməli olacaqlar. Yəni 1600 lirə artıq pul verəcəklər.
Mövzu ilə bağlı videosüjeti təqdim edirik:(a24.az)