Türkiyədə iki ağır qəza: 20 nəfər öldü – YENİLƏNDİ

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Balıkesir – Edremit yolunda olub.

Sözügedən istiqamətdə hərəkətdə olan sərnişin avtobusu qəzaya uğrayıb.

Avtobusun yoldan çıxaraq aşması nəticəsində 11 nəfər hadisə yerində, üç nəfər isə xəstəxanada ölüb.

Qəza nəticəsində 18 nəfər xəsarət alıb.

***

Türkiyənin İzmir vilayətində mikroavtobusun dərəyə aşması nəticəsində 6 nəfər həlak olub.

Yenicag.az xəbər verir ki, qəza zamanı 11 nəfər müxtəlif bədən xəsarətləri alıb. Hadisə vilayətin Kamalpaşa rayonu ərazisində baş verib.

Yaralılar bölgədəki xəstəxanalara yerləşdiriliblər.

Onlardan bəzilərinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.